Naqlesmannın oyun sonu açıqlamaları
Avropa liqaları

Naqlesmannın oyun sonu açıqlamaları

  • 2021-08-18

"Bavariya"nın baş məşqçisi Yulian Naqlesmann Almaniya Superkubokunda "Borussiya"ya qalib gəldikləri matçı (3:1) şərh edib.

Mütəxəssis bu qələbəni ötən mövsüm görülən işlərin bəhrəsi kimi qiymətləndirib:
"Qalibiyyəti qeyd etmək üçün çox vaxtımız yoxdur. Bu titul keçən mövsümün mükafatıdır. Çünki Hans-Diter Flik komanda ilə Bundesliqanın da qalibi oldu. Xoşbəxtəm, amma bu, titul mənə deyil, başqalarına aiddir".

Qeyd edək ki, Yulian Naqelsman bu yaz Hans Diter-Flikin Münhen təmsilçisindən ayrılmasından sonra kluba baş məşqçi təyin olunub.