Avropa liqaları

"Qalatasaray"ın iki futbolçusu oyun zamanı əlbəyaxa oldu - Video

  • 2021-08-17

Türkiyə Superliqasının ilk turunda dünən oynanılan "Giresunspor" - "Qalatasaray" matçında (0:2) xoşagəlməz anlar yaşanıb.

Matçın ikinci hissəsində "Qalatasaray"ın iki futbolçusu - Markao və Kerem Aktürkoğlu dalaşıb.

Mübahisədən sonra braziliyalı futboloçu Keremin üzərinə yeriyərək ona kəllə atıb, ardınca isə ona iki yumruq zərbəsi endirib. Buna görə hakim Markaoya qırmızı vərəqə göstərərək onu meydandan qovub.