Avropa Superliqasından ayrılan klublar geri qayıdır
Avropa liqaları

Avropa Superliqasından ayrılan klublar geri qayıdır

  • 2021-08-17

Avropa Klublar Birliyi Avropa Superliqasını təşkil etmək istəyən, lakin sonra geri çəkilən 9 klubu geri götürməyə razı olub.

Bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb. Avropa Klublar Birliyi sözügedən layihənin yaradıcılarından olan, lakin sonra geri çəkilən klubların yenidən quruma qatılmasına icazə verib. Bunlar “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Atletiko” (İspaniya), “Milan” və “İnter”dir (hamısı İtaliya).

Qeyd edək ki, Avropa Superliqasını yaradan 12 klubdan yalnız 3-ü - "Yuventus", "Barselona" və "Real" layihədən geri çəkilməyi düşünmür.