Messi PSJ-də nə vaxt debüt edəcək?
- 2021-08-16
Barselonadan Paris Sen Jermenə tarixi keçid edən, Lionel Messinin, avqustun 29-da Reims klubuyla oyunda debüt edəcəyi gözlənilir.
Bu barədə klubun baş məşqçisi Maurisio Poçettino bildirib. Onun sözlərinə görə, Messinin kluba və heyətə alışması üçün müəyyən zaman lazımdır və o, özünü nə zaman hazır etsə onda da oynamalıdır. Poçettino, həmçinin, Kopa Amerikadan sonra 34 yaşlı oyunçunun enerji toplaması üçün zamana ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki, argentinalı, artıq 3 dəfə "parislilərlə" məşq edib.