Messi bugün oynayacaq?
- 2021-08-14
PSJ-nin yeni transferi Lionel Messi bugün keçiriləcək Liqa 1-in 2 -ci turunda "Strasburq"la matçda oynamayacaq.
Fransa mətbuatına əsasən, bu barədə Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino məlumat verib. O, argentinalı hücumçunun tətildən qayıtdıqdan sonra cəmi 2 dəfə məşq etdiyini bildirib. Mütəxəssis 34 yaşlı futbolçunun özünü tam hazır hiss etdiyi vaxt oynayacağını söyləyib.
"Le Parisien" nəşri isə yazıb ki, Messinin "PSJ"dəki debütü avqustun 29-dan tez olmayacaq.