Avropa liqaları

İspaniya LaLiqasında 2021-2022 mövsümü başladı

  • 2021-08-14

İspaniya LaLiqasında mövsümün açılış oyununda "Valensiya" və "Xetafe" klubları qarşılaşıb. Gərgin keçən oyun 1-0 hesabı ilə ev sahibi komandanın qələbəsi ilə başa çatıb.

Oyunun 3-cü qəqiqəsində "Valensiya"nın yarım müdafiəçisi Huqo Quillamon VAR-ın müdaxiləsi ilə etdiyi qayda pozuntusu qırmızı kartla cəzandırılıb və komandasını azlıqda qoyub. Buna baxmayaraq görüşün 10-cu dəqiqəsində ev sahibi penalti qazanıb və penaltini dəqiq yerinə yetirən Karlos Soler "Valensiya"nı 1-0 hesabı ilə önə keçirib. Oyunun ilk hissəsi bu hesabla başa çatıb. İkinci hissənın 76-cı dəqiqəsində "Xetafe"nin oyunçusu Erik Kabako ikinci sarı (ilk sarı dəqiqə 38) vərəqini alaraq meydanı vaxtından tez tərk etməli olub və oyun "Yarasalar"ın 1-0 hesablı qələbəsi ilə başa çatıb. "Xetafe" klubunun Türkiyəli hücümçusu Enes Ünal görüşün 68-cı dəqiqəsində Mark Kukurella ilə əvəzlənib.

LaLiqa
"Valensiya" 1 0 "Xetafe" 

Karlos Soler, 11(penalti)

Huqo Quillamon(qırmızı kart), 3

Erik Kabako (qırmızı kart), 7
26%
Topla Oynama 74%
4 Toplam Zərbə 22
2 Qapıya Gedən Zərbə 4
2 Qapıya Getməyən Zərbə 12
0 Qarşısı Alınan Zərbə 6
1 Küncdən Zərbə 9
2 Ofsayt 2
24 Qayda Pozuntusu 15
6 Sarı kart 3
1 Qırmızı kart 1
176 Pas Sayı 481
115 (65%) Dəqiq Pas Sayı 419 (87%)