Avropa liqaları

"Liverpul" qalib gəldi - Video

  • 2021-08-10

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Liverpul” yoxlama oyunu keçirib.

Yürgen Kloppun komandası İspaniyanın “Osasuna” klubu ilə qarşılaşıb. Görüş “Liverpul”un 3:1 hesablı qələbəsiylə başa çatıb.

“Liverpul”un qollarını Roberto Firmino (2) və Takumi Minamino vurub. “Osasuna”da isə Xavi Martines fərqlənib.