Avropa liqaları

Messisiz "Barselona" ilk oyununda "Yuventus"u məğlub etdi

  • 2021-08-09

Qamber kuboku çərçivəsində "Barselona" və "Yuventus" üz-üzə gəlib.

Barselonadakı "Yohan Kroyf Arena"da keçirilən oyunda Kataloniya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. Yeri gəlmişən bu oyunda yeni transfer Depay "Barselona"dakı ilk qoluna imza atdı

Qamber kuboku

"Barselona" - "Yuventus" - 3:0

Qollar: Depay, 3, Breyveyt, 57, Puç, 90+2

Beləliklə, "Barselona" tarixində 44-cü dəfə Qamber kubokunu qazanıb. Qeyd edək ki, Qamber kuboku  Kataloniya klubu tərəfindən hər il təşkil edilən yoldaşlıq turniridir.