Mourinyo yoldaşlıq oynunda qırmızı kart gördü
- 2021-08-08
Joze Mourinyo, Roma-Betis yoldaşlıq oynunda əsəbi şəkildə meydana şığıdığı üçün hakim tərəfindən qırmızı kartla cəzalanırılıb.
Şənbə günü Romanın Real Betislə mövsüm qabağı yoldaşlıq oynunda Tottenhemin keçmiş treyneri komandasına vurulmuş mübahisəli qola etiraz olaraq əsəbi və ani şəkildə hakimin üstünə gedib. Referi isə tərəddüd etmədən portuqaliyalı treynerin bu hərəkətini qırmızı kartla cəzalandırıb və onu meydandan göndərib.
"Goal news"un yazdığına görə, təcrübəli baş məşqçi Joze Mourinyo öz fikirlərini ifadə etməkdən heç vaxt çəkinməyib, lakin bu dəfəki hərəkəti ona baha başa gəlib.
Qeyd edək ki, oyun Roma üçün uğurlu keçməyib və onlar sonda 8 nəfərlik heyətlə Real Betisə 5-2 hesabla məğlub olublar.