Messidən sonra Aquero da?
Avropa liqaları

Messidən sonra Aquero da?

  • 2021-08-07

“Barselona” Lionel Messi ilə yeni müqavilə imzalamadıqdan sonra klubda sular durulmur. Kataloniya komandasının yeni transferlərindən Memfis Depay Messinin getməsinə sosial media hesabından sərt reaksiya göstərərkən, Serxio Aqueronun ayrılmaq istədiyi iddia olunur.

"Mançester Siti"dən ayrıldıqdan sonra "Barselona"ya imza atan Serxio Aqueronun Argentina Milli Komandasında birlikdə oynadığı Messinin vidasına qəzəbləndiyi iddia olunur. İspaniya mətbuatı Aqueronun ayrılmaq üçün hərəkətə keçdiyini açıqladı. Fərqli İspan mənbələri isə, bunun hələlik belə olmadığını, ancaq ola biləcəyini bildirdilər.

Kataloniya mətbuatı “Beteve”nin yazdığına görə,  Lionel Messi ilə oynayacağı vəd edilən Serxio Aquero, həmyerlisi klub ilə vidalaşdıqdan sonra özü də “Barselona”dan ayrılmaq istəyir. Serxio Aquero, vəkillərinə "müqavilə bəndlərini nəzərdən keçirməyi" tapşırıb, "çıxış yolunun tapılmağı"nı istəyib.