AEL - "Qarabağ" oyununda qalmaqal
- 2021-08-05
Larnaka şəhərindəki "AEK Arena"da keçirilən matçın son dəqiqələrində qalmaqal yaşanıb.
Bu, 90+3-cü dəqiqədə "Qarabağ"ın bərabəlik qolunu vurmasından sonra baş verib.
Məğlubiyyəti həzm edə bilməyən AEL azarkeşləri "Qarabağ"n texniki zonasına tərəf hücum ediblər. Hətta onlardan biri meydana çıxmağa cəhd edib və Azərbaycan təmsilçisinin baş məşqisi Qurban Qurbanovla mübahisəyə girib.
Bir qədər sonra hakim komandaları meydandan çıxarıb. Oyun barədə hansı qərarın veriləcəyi hələlik məlum deyil.